Kəsəmənlilər ailəsində qalmaqal - “Səni tanımıram”
Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib.
Bu, onların sosial şəbəkə paylaşımlarında üzə çıxıb. Belə ki, R.Kəsəmənli feysbukda yazdığı “İşiniz keçdiyi müddətdə “əmi” dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra “tanımıram səni” deməyin! O qapıya bir də işiniz düşər, haqqını halal etməz!” sözlərinə Cavidan belə cavab verib:
“Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi, öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə, elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla. Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq, bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri, məndən hansı üzlə “sənin doğmanam” deyə bilər? Vallah, danışsam, çox şey deyərəm, inan, açıqlamasını verə bilməyəcəksən.
Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq, sənə heç sərf eləməz, bilirsən. Mənə maraqlı deyilsən, bəli, səni tanımıram. Necə ki, sən özün tək qoyub məni tanımadın”./Axşam.az
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2025, 08:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT