“Bu 3 şəxs mənim həyatımda önəmli insandır”
"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs mənim həyatımda önəmli insanlardır".
RegionXəbərləricom.az axşam-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində deyib.
O, Vaqif Gərayzadə ilə tanışlığını belə xatırlayıb:
"Son zəng”dən sonra elə məktəb formasında düz İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, mən oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ mənə qulaq asmayıb mahnı verirdi. Bu, tilsimli məqam idi. Birdən ayıldı ki, dayan görüm, oxuya bilirsən, nə ifa edəcəksən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı, mənə onu oxu, bunu belə oxu dedi. Və həmin gün mənə 2 mahnı verdi”.
Xalq artisti Alim Qasımovla bağlı xatirəsini bölüşüb:
"Aypara" qrupunda adətən dəyişməz solist Alim Qasımov olaraq qalırdı. O, olmayanda Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Adətən estrada mahnılarını Alim Qasımova mən göstərirdim. Nə qədər də olmasa, muğam ifaçısı üçün estrada mahnısının ritmləri onlara yad janrdır deyə, bu tərzdə mahnı ifa etmək bir az çətin gəlirdi. Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim. Böyük çıxmasın. Mahnını kontasını, melodiyasını ifa edirdim ki, yadında qalsın.
Vaqif müəllim yeni mahnılarını mənə göstərirdi, onları əzbərləyirdim. Bütün mahnıları gözəl, qəşəng, səliqəli şəkildə dəftərlərə yazırdım. Mən gələnə qədər Vaqif müəllimin bütün mahnı sözləri vərəqlərdə, dağınıq şəkildə idi. Gəldim, səliqə yaratdım, əlaçı olmuşam axı, hamısını səliqəli yazırdım. Adları, başlıqları ilə qırmızı qələmlə altından xətlər çəkirdim. Birinci kuplet, ikinci, nəqarət və sair. Beləcə, Vaqif müəllimin gözəl bəstələrinin hamısını bir yerə cəmləyirdim. Elə bil bir növ Vaqif müəllimin köməkçisi idim. O, bizə dərs olaraq tapşırırdı ki, görkəmli muğam ifaçılarımızı, dünya ulduzlarını, əsas caz ifaçılarını dinləyin. Mən, Zülfiyyə Xanbabayeva, bütün komanda onun sözünə qulaq asırdıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2025, 18:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT