Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb.
Rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, S.Cəfərovanın həyat yoldaşı ilə problemləri olub.
O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin 1 həftə sonra S.Cəfərova kəndə - atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb.
O, evdən qaçdığı gün guya qayınatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib.
Aparılan ekspertiza zamanı S.Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb.
Cinayət işi açılan S.Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Ağsu Rayon Məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2025, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT