Bakının mərkəzində ağacları kəsənlərə cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülmüş və piyada yolunun dəyişdirilməsi aşkar edilib.
Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.
Həmçinin Nərimanov rayonu Fətəli Xan Xoyski 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi 41, Nizami rayonu Babək prospekti 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-03-2025, 16:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT