İtkin balıqçılardan digərinin də meyiti tapıldı

Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.
RegionXəbərləricom.az Cenublu.az-a istinadən xəbər verir ki, bu barədə İranın sosial şəbəkələrində məlumat paylaşılıb.
Belə ki, bir neçə saat öncə Ənzəli limanında balıqçı meyiti tapılması barədə şəkil paylaşılıb. Həmin meyitin Lənkəranda itkin düşmüş hesab edilən balıqçı Mahmud İbayevə məxsus olduğu ehtimal edilir.
M.İbayevin qardaşı Rəşad İbayev şəkildə qardaşının cəsədinin əks olunduğunu təsdiqləyib:
“Mən şəklə baxdıqda, meyitin üzərindəki kombinezon, qara köynək və əlcəklərdən onun qardaşım olduğunu anladım. Dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün kömək istəyirik. Nə qədər orada cəsədi dəfn etməyiblər biz təhvil ala bilək ki, özümüz dəfn edək”.
Qeyd edək ki, balıqçılar - Siyavar kənd sakinləri - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər. N.Abbasovun meyiti Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində tapılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2025, 13:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC