Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq

Səhiyyə Nazirliyi sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumat yayıb.
RegionXəbərləricom.az xəbər verir ki, məlumatda deyilir:
“Son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzların sui-istifadə halları, qeyri-qanuni qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumatlar daxil olmaqdadır.
Ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Qanunu ilə tənzimlənir. Belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “Çıxarış” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir. “Çıxarış” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)inin hüquq-mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2025, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT