Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı videokonfrans keçirildi - Fotolar

Bu gün Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış İşçi Qrupun üçüncü iclası keçirilib.
İclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.
Bildirilib ki, hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının ümumilikdə 40 km-ə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sonda İşçi Qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət olunan mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılaraq işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, görülən işlərin davamı olaraq, 8 aprel 2024-cü il tarixində Azərbaycan Prezidenti Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.
65 ilə yaxın müddətdə istismar olunan Şirvan suvarma kanalının yenidənqurmadan sonra başlanğıcda sərfini saniyədə 78 kubmetrdən 180 kubmetrə, uzunluğununu 122.3 km-dən 204,3 km-ə qədər artırmaqla Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının ümumilikdə 228 min hektar torpaq sahəsinin (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təminatına, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq.
Sərəncamın icrasının vaxtında təmin olunması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən keçirilən müvafiq satınalma prosedurlarına uyğun olaraq tikinti işlərinə 3 ayrı-ayrı şirkət cəlb etməklə kanalın 4 fərqli hissələrində eyni zamanda işlərə başlanılıb.
Tikinti işlərinin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə agentliyin əmri ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun rəhbərliyi ilə İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Şirvan suvarma kanalının xidmət sahəsində olan rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2025, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC