“Deyirdi ki, evdə hamınızı partladacağam...”
Goranboy rayonunun Qarasüleymanlı kəndində qayınatanın gəlinə əl qumbarası atmasının bəzi detalları məlum olub.
RegionXəbərləricom.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisəni törədən 68 yaşlı Zakir Namazov rayonun Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin qumbara müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.
Onun həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilindəki münaqişə bir ilə yaxındır ki, davam edib:
“Gəlin ona tərəf daş atdı, o da heç bilmədim nə atdı. Mən kənarda nəvəmlə dayanmışdım. Birdən tüstü qalxdı. Elə bildim ayağım yerdən üzüldü. Gördüm ki, gəlin yerə uzanıb. Yaxınlaşıb gördüm ki, damarından qan axır. Hər gecə balta, bıçaq... Bir ildir ki, bizim günümüz polislərdə keçir. O hələ deyirdi ki, evdə hamınızı partladacağam”.
Üç uşaq anası olan 38 yaşlı Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir. Gəlinin üstünə partlayıcı maddə ataraq ona xəsarət yetirən Zakir Namazov isə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fakla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2025, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC