Bakıda plana düşən binalar niyə sökülmür? - VİDEO

Bakıda istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalarla bağlı qərar 8 ildir ki, icra olunmayıb.
RegionXəərləricom.az Xezerxeber.az-a istinadən məlumatına görə, hələ 2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar qəbul edib. Bu qərara görə, sözügedən ərazidə yerləşən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan beşmərtəbəli binalar sökülməli, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikilməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, ərazidə heç bir söküntü və tikinti işi aparılmır. Bəs səbəb nədir?
Ərazidə yaşayan sakinlər binalarının söküləcəyi, yeni binalarda yaşayacaqları günü səbirsizliklə gözləyirlər, lakin o günün nə zaman gələcəyini bilmirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlar nə əraziya baxış keçirir, nə də onlara dəqiq məlumat verirlər.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, sözügedən ərazi 20 hektardır və burada sökülməli olan 40-a yaxın bina, 2000-dən çox mənzil var. Ekspert işlərin yubanmasının səbəbini inşaat normativlərinin dəyişdirilməsində görür.
1-ci mikrorayonun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edildiyindən nazirliklə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu işin təşkili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Komitədən isə məlumat verildi ki, ərazinin planlaşdırılma işləri Bakı şəhərinin baş planının tələblərinə uyğun razılaşdırılır.
Təəssüf ki, heç bir qurumdan işlərin nəyə görə yubandığına və nə vaxt başlayacağına dair açıqlama ala bilmədik.
Daha ətraflı videoda:
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2025, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC