Rezidenturanı bitirib işsiz qalan həkimlərlə bağlı - Rəsmi açıqlama

“2024-cü ildə rezidentura üzrə təhsilimizi tamamlamışıq və noyabrın 7-də yekun attestasiya imtahanından keçərək həkim-mütəxəssis ixtisasına yiyələnmişik. Lakin buna baxmayaraq, bizi işlə hələ də təmin etmirlər”.
Bu şikayətlə Azərbaycan Tibb Universitetinin bir qrup məzunu müraciət edib.
Onların sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi yekun attestasiyadan sonra 1 aydan gec olmayaraq həyata keçirilməlidir. Lakin həmin vaxtdan 2 aydan çox keçsə də, hələ də qanunvericiliyin tələbi yerinə yetirilmir.
“Biz 6 illik bakalavr və ixtisasdan asılı olaraq 2-5 illik rezidentura təhsilini uğurla başa vurmuşuq. Lakin bu proses səbəbsiz şəkildə nazirlik tərəfindən ləngidilib və yüzlərlə həkim-mütəxəssis işsiz qalıb. Bununla bağlı Nazirliyə tərəfimizdən dəfələrlə müraciət edilib, lakin müsbət cavab verilməyib. Nazirliklə yenə əlaqə saxlamağa cəhd edirik, “qaynar xətt” zənglərimizə cavab vermir, qəbula getdikdə isə suallarımıza cavab verəcək müvafiq səlahiyyətli şəxsin olmadığını və ya qəbula girməyin qeyri-mümkünlüyünü bildirirlər. Halbuki bütün tibb müəssisələrində ixtisaslı həkim çatışmazlığı mövcuddur. Kimlərinsə səhlənkarlığı səbəbindən gənc həkimlərə dövlətimizin yaratdığı imkanlardan tam istifadə etmək imkanı verilmir və bu vəziyyət onların hüquqlarının pozulması ilə nəticələnir”, - şikayətçilər bildiriblər.
Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin həkim-mütəxəssislər iş yerlərinə göndəriləcək.
Bununla bağlı Nazirliyin rəsmi saytında elan da yerləşdirilib. Qeyd olunub ki, 2024-cü ilin noyabr ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi cədvəl üzrə keçiriləcək.
Gülnar Əliyeva
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2025, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT