COVİD-lə bağlı rəsmi açıqlama – Azərbaycanda...
COVİD-19 infeksiyasının qismən davam etdiyini demək daha doğrudur. Son dövrlər statistik məlumatlar açıqlanmır. Çünki yoluxma sayı çox azdır.
Bunu Report-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib.
O qeyd edib ki, ikirəqəmli, hətta bəzən birrəqəmli yoluxma sayı müşahidə olunur:
“COVİD-19 virusunun mutasiyası nəticəsində ortaya çıxan "Omikron" ştamı və onun alt növləri hesabına xəstəlik daha yüngül keçir. Buna görə də real statistikanı müəyyən edə bilmərik. Çünki COVİD-19-a yoluxma halını müəyyən etmək üçün mütləq laborator müayinə lazımdır.
Hazırda bu virus yüngül keçdiyinə görə əhali digər respirator infeksiyalara bənzər simptomlarla qarşılaşır. Yalnız ağır gedişat - xəstəxanaya yerləşmə halı baş verərsə, yoxlamalar nəticəsində diaqnoz bəlli olur. Demək olar ki, bu hallara indi çox az rast gəlinir. Ümumiyyətlə, qeyd etməliyəm ki, hansısa respirator virus infeksiyası digər eynitipli virusla paralel yayılırsa və onun yayılma səviyyəsi aşağıdırsa, mövsümi xəstəliklərə, eləcə də digər respirator infeksiyalara heç bir təsir göstərə bilməz”.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-12-2024, 20:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…