Banan çayının inanılmaz təsiri
Banan yüksək kalium tərkibi ilə ən faydalı meyvələrdən biridir. Ancaq onun qabığı da ən az özü qədər şəfalı məhsul hesab edilir.
Banan qabığının dəmlənməsi ilə əldə edilən çayın bir çox faydası olduğu bildirilir.
Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!
Banan qabığı çayının ürək sağlamlığından tutmuş yuxu keyfiyyətinə qədər çoxsaylı faydaları var.
Banan vitamin B6, kalium, maqnezium, manqan və mis ilə zəngindir. Banan çayı ürək sağlamlığı və yuxu keyfiyyəti üçün vacib olan kalium və maqnezium minerallarının əla mənbəyi hesab edilir.
O, həmçinin sağlam immunitet sistemini və qırmızı qan hüceyrələrinin inkişafını dəstəkləməyə kömək edən B6 vitamini ehtiva edir.
Banan sərbəst radikallarla mübarizə aparmağa və ürək xəstəliyi kimi xroniki xəstəliklərin qarşısını almağa kömək edə bilən dopamin və qallokateşin kimi suda həll olunan antioksidantlarla zəngindir. Hətta onun qabığı özündən qat-qat yüksək antioksidantlara malikdir.
Banan çayı maye balansını, sağlam qan təzyiqini və əzələ daralmalarını tənzimləyir. Buna tərkibindəki kalium sayəsində nail olur. Kalium, hüceyrələrdəki maye tarazlığını tənzimləmək üçün başqa bir mineral və elektrolit olan natrium ilə “əməkdaşlıq edir”.
Banan çayı ödemi və şişkinliyi aradan qaldırır.
Banan qabığı maqnezium və kalium mənbəyi olduğu üçün əzələləri rahatlaşdırır, yuxu keyfiyyətini və uzunluğunu artırır.
Banan çayı içməklə, həmçinin yuxuya səbəb olan hormonlar serotonin və melatoninin istehsalı üçün vacib olan amin turşusunu - triptofanı təmin etmiş olursunuz.
Banan çayı ürək xəstəliyi riskini azaldır.
Banan çayı hazırlamaq üçün onun qabığını 15-20 dəqiqə qaynadın. Çaya darçın və ya bal əlavə edə bilərsiniz. Çayın dadını və faydasını artırmaq üçün əvvəlcə banan qabığını qurudub, sonra çay kimi dəmləmək olar.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-10-2024, 21:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?