DİQQƏT! Mağazalarda müştəriləri belə aldadırlar - Görün nəyə əl atırlar
Bir sıra mağaza və satış məntəqələrində maraqlı tendensiya müşahidə olunur. Belə ki, piştaxtalara və vitrinlərə nəzarət edən satıcılar müştərilərə israrla bəzi məhsulları almağı tövsiyə edirlər. Həmin satıcılar hər vəchlə alıcını inandırmağa çalışır ki, tövsiyə olunan məhsul ən yaxşısıdır.
Bəzi müştərilər düşünür ki, tövsiyə olunan məhsulların əksəriyyəti keyfiyyətcə aşağı və müstəqil alıcı qüvvəsi olmayan mallardır. Hətta bir çox firmalar satışların artması və yüksək qazanc əldə etmək üçün, satıcıları müəyyən vədlərlə həvəsləndirərək, özlərinin aşağı keyfiyyətli mallarını müştərilərə satmağa sövq edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu istehlakçıları tələyə salmaq üçün üsullardan biridir: vakansiya
“Belə hallarla mən də rastlaşmışam. Bu marketinq işləridir. Marketinqin istehlakçıları tələyə salmaq üçün minlərlə bu cür üsulları var. Onlardan biri və vizual görünəni elə məhz budur. Bütün reklamlar, bu cür üsullar və endirimlərin hamısı istehlakçıları tələyə salmaq üçündür”.
Eyyub Hüseynov qeyd edib ki, qanunvericilik bu cür üsulları qadağan etmir:
“Belə hallar mövcuddur və dünyanın digər ölkələrində də var. Qanun bunu qadağan etmir. Buna görə ictimai-iaşə məntəqələri bu cür mümkün olan hər üsuldan istifadə edirlər”.
Marketoloq Azər Fərəcli qeyd edib ki, iri marketlər bu cür hallara yol verməklə müştərilərin etibarını sarsıdır:
“Belə üsullar marketlərin gələcəyi üçün risklidir. Ticarətdə hansısa mağazanı və ya satış məntəqəsini ayaqda saxlayan müştəri etibarıdır. Əgər alıcı davamlı olaraq, hansısa marketdə belə halla rastlaşsa, həmin yerdən bir də alış-veriş etməyəcək. İlkin mərhələdə qazanclı üsul kimi görülsə də, müəyyən müddət sonra mağazanın prestijinə ciddi zərbə vurulur. Firmaları və marketləri bu cür addımlardan uzaq durmalıdırlar".

Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2024, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…