Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi”nə qoşulması üçün yoxlamalar davam edir

Ötən ilin avqust ayında imzalanan “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanın icrası ilə əlaqədar bu günə qədər 73 dövlət qurumundan onların elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi üzrə rəy verilməsi barədə müraciətlər daxil olub.
Daxil olmuş müraciətlər əsasında Xidmət tərəfindən aparılan informasiya təhlükəsizliyi auditləri zamanı dövlət qurumlarının istifadəsində olan daxili elektron sənəd dövriyyəsi sistemlərində aşkarlanan informasiya təhlükəsizliyi boşluqları və onların aradan qaldırılması istiqamətində tövsiyələr həmin dövlət qurumlarına göndərilib. Hazırda informasiya təhlükəsizliyi üzrə müsbət rəy almış 63 dövlət qurumunun daxili elektron sənəd dövriyyəsi sistemi mühafizə olunan telekommunikasiya kanalları - AzStateNet data şəbəkəsi vasitəsilə “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2023-cü il tarixli 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8-ci bəndlərinə əsasən dövlət orqanlarının istifadəsində olan elektron sənəd dövriyyəsi sistemlərinin və həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəyin verilməsi və mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi Xidmətə tapşırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2024, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…