Dövlətə xəyanətdə ittiham olunan politoloq məhkəmə qarşısında
Müxtəlif media orqanlarında beynəlxalq məsələlər üzrə ekspert – politoloq kimi çıxış edən, 2023-cü ilin oktyabrından dövlətə xəyanət ittihamı ilə həbsdə olan Nəzakət Məmmədovanın işi üzrə məhkəmə prosesi başlayıb.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə baxılır.
Məhkəmənin hazırlıq iclasında Nəzakət Məmmədovanın ad-soyadı, təvəllüdlü, həbsinə qədər hansı işlə məşğul olması və s. məlumatlar dəqiqləşdirilib.
Hazırlıq iclasının qərarına əsasən, onun haqqında cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxışı avqustun 30-da başlayacaq.
Nəzakət Məmmədova 18 oktyabr 2023-cü ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə həbs olunub. 2024-cü il martın 15-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb. İyulda isə onun işi üzrə istintaq tamamlanıb və iş məhkəməyə göndərilib.
Nəzakət Məmmədova Rusiyaya casusluqda ittiham olunur.
Onun ittiham olunduğu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var. Azərbaycan qanunlarına görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmur.//Meydan.TV
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2024, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…