Xalq artisti: “Qadınlığımı səhnəyə qurban verdim”
“57 yaşım var və 35 ildir ki, bu səhnədəyəm. Bu 35 il ərzində tamaşaçı sevgisi, alqışı və saysız - hesabsız gül dəstələyi gördüm. Amma bu 35 il məndən sağlamlığımı və ən əsası insanlara inamımı aldı. İnsan bu həyatda yaşamaqdan ötrü güvən lazımdır. Bu illər insanlara qarşı mənim güvənimi aldı. Mələykə Əsədova təkcə səhnədə olmur ki”.
RegionXəbərləricom.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu “Qapqara” verilişində deyib.
O bildirib ki, insanlara güvənini itirib:
“Gəncliyimdə insanlara o qədər bağlı idim ki... İndi də bəzən qəlbimin içində o uşaqlıq, saflıq və təmizlik var. İnsanlara o qədər inandım amma onlardan... Güvənimi aldılar. O qədər məni incitdilər ki,... Kimsə öz xeyrinə görə bəzən mənim şöhrətimdən, bəzən veriliş baxılacaq deyə, xoş olmayan başlıqlar yazıldı... Bu kimi məsələlər bir çox məşhurlara reklam gətirir. Amma mən belə şeylərdən qaçıram o reklamlardan. Məni kim belə etdi?
İnsanlar... Çalışıram inanım amma inanda da yenə də qəlbimi küsdürürlər. Allaha o qədər sevgik var ki,... Allaha sığındıqca insanlardan uzaqlaşdım. Mən buğa bürcündənəm. Mən zərifəm, gözələm, incəyəm. Amma bu qədər zərif Mələykə nə qədər çiyinlərində ağır yük daşıyır. Amma Mələykə zəyif deyil. Güclüyəm... Bu insanlar məni güclü olmağa öyrətdilər”.
Aktrisa qadınlığını səhnəsinə qurban verdiyini deyib:
“Mən gözəl anayam. Bunu isə hər kəs bilir. Övladım dünyaya gələndə həyatımı ona qurban vermişəm. Özüm də çox gözəl övlad olmuşam. Bunu da hər kəs gözəl bilir. Anama və atama qarşı çox gözəl bir övlad olmuşam. Amma 35 il səhnə fəaliyyətimdə və 57 illik həyatımda deyəsən qadınlığımı unutmuşam. Əslində bilmirlər ki, bu zərif Mələykə nə qədər təkbaşına çarpışır bu həyatda. Qadınlığımı səhnəmə qurban verdim”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2024, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO