Siyavuş Novruzov namizədliyi ilə bağlı yayılan xəbərdən danışdı
“Yeni Azərbaycan Partiyasının vahid seçki siyahısı İdarə Heyəti tərəfindən təsdiq olunur və elan edilir. Bugünkü günə qədər hələ İdarə Heyəti tərəfindən kimin hansı dairədən namizəd olacağı ilə əlaqədar qərar qəbul edilməyib. Odur ki, mətbuatda bununla bağlı dərc olunan ayrı-ayrı məlumatlar doğru deyil”.
Bunu Milli Məclisin komitə sədri, YAP-ın Mərkəzi Seçki Qərargahının üzvü Siyavuş Novruzov Musavat.com-a açıqlamasında bildirib.
Qeyd edək ki, mətbuatda S.Novruzovun namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı iddia dərc olunub. Bildirilir ki, guya o, Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxtar Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq və artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq alıb.
Qeyd edək ki, ötən həftə S.Novruzov haqqında daha bir şayiə xarakterli xəbər yayılmışdı. İddia olunurdu ki, guya o, parlament seçkilərinə qatılmayacaq. Amma YAP-çı deputat xəbəri təkzib edərək, bununla bağlı YAP İdarə Heyətinin qərar verəcəyini açıqlamışdı.
Budəfəki xəbərlə bağlı Musavat.com-a danışan S.Novruzov dedi ki, YAP İdarə Heyətində bütün dairələr üzrə namizədlər müəyyənləşəndən sonra yekun siyahı tam şəkildə açıqlanacaq: “Burada fərdi qaydada heç bir məsələ yoxdur. Bunu Sərdar Cəlaloğlu deyib. Haradan götürüb, deyib, bilmirəm. Çünki əvvəllər mənim seçildiyim dairə 5 saylı olub. İndi isə tamam başqa əraziləri əhatə edir. O öz düşüncəsi ilə götürüb belə bir söz deyib. Amma bu Sərdar Cəlaloğlu MSK-dır, YAP-dır? Məgər o müəyyənləşdirirmi ki, mən hansı dairədən seçkiyə gedəcəyəm, yaxud da getməyəcəyəm? Biz hamımız partiyanın qərarını gözləyirik. Heç kəs belə şayiələrə uymasın. Partiya qərar verdikdən sonra hər bir namizəd öz dairəsini biləcək və həmin dairə üzrə hərəkət edəcək”.
YAP-ın seçki siyahısını nə zaman açıqlayacağına gəldikcə, S.Novruzov bunu bildirib: “Yaxın günlərdə yəqin ki, partiyanın İdarə Heyəti toplaşıb qərarını verəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-07-2024, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…