Miq-29-la bağlı daha bir iddia – “Bu vaxt quş olmur”

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” döyüş təyyarəsinin iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramasından danışıb.
Ədalət Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən təyyarənin quş dəstəsilə toqquşması versiyası reallığa uyğun deyil:
“İndi Xəzər dənizinin üzərində quş dəstəsi qətiyyən ola bilməz. Xəzərdə quşlar əsasən payız aylarında köç edən zaman görünürlər. Yəni, payız aylarında quşlar isti ölkələrə köç edirlər. Digər dövrlərdə isə quş dəstəsi olmur. Quşlar edən zaman isə quşlar təqribən 10 min metr hündürlükdə uçurlar. Ona görə də “MiQ-29″un quş dəstəsilə toqquşması inandırıcı deyil”.
AZAL-ın sabiq prezidenti ehtimal edir ki, “MiQ-29” təyyarəsi təlim uçuşları həyata keçirən zaman kənar müdaxilə ilə üzləşib:
“Bu hadisə ilə bağlı düşünürəm ki, təyyarənin həm vurulma ehtimalı, həm də köhnə olma ehtimalı ola bilər. Hətta, qəza təyyarənin mühərrikinin partlamasından da baş verə bilərdi. Təyyarənin qəzaya uğraması üçün ciddi texniki səbəb olmalıdır. Mən “MiQ-29″un quşla toqquşması səbəbindən qəzaya uğramasını düşünmürəm. Hətta, quşla toqquşaraq təyyarənin mühərriki sıradan çıxsaydı belə, pilotun katapultdan istifadə edərək xilas olmaq imkanı var idi. Tutalım ki, təyyarə havada uçan zaman onun mühərriki qəfil xarab olur. Bu zaman pilot dərhal xəbər verir ki, təyyarənin mühərriki çalışmır və mən katapultdan istifadə edirəm. Pilotun bütün son danışıqları isə təyyarənin “qara qutu”suna qeyd olunur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-08-2019, 23:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-08-2019, 23:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC