reklam
Regionxeberlericom.az » Araşdırma » Universitetlərin qapısı geniş açılır: Qəbul daha da asanlaşır - Ekspert danışır

reklam

Universitetlərin qapısı geniş açılır: Qəbul daha da asanlaşır - Ekspert danışır

















"Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir".

Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev bildirib. Qeyd edək ki, son illər bu istiqamətdə tədbirlər həyata keçirilir. Ancaq bu prosesin keyfiyyətlə bağlı hansı üstünlüklərinin olduğunu demək çətindir. Digər bir məqam isə odur ki, son illər orta ixtisas təhsili müəssisələrinə üz tutan gənclərin də sayı artıb.

Səbəb onların kollec təhsilinə marağın artması deyil, ali məktəblərə "asan yolla qəbul" məqsədi daşıyır.

Ümumiyyətlə, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi müsbət nəticə verəcəkmi və ali məktəbə kolleclərdən qəbul sadəcə "diplomlular ordusu"nun artmasına gətirib çıxarmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2018-ci ildə "Təhsil haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, orta ixtisas təhsili müəssisələri, yəni kollecləri 2012-ci ildən sonra bitirən və subbakalavr statusu alan şəxslər ali təhsil müəssisələlərinin ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:

"Təbii ki, bu, ali təhsilin əlçatanlığına öz müsbət təsirini göstərir. 2016-cı ildən etibarən bir sıra orta ixtisas təhsli müəssisələri, yəni kolleclər ləğv edilərək ali təhsil müəssisələrinin nəzdinə verilib. Ancaq bu gün ölkədə 54 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Lakin birmənalı şəklldə onların heç biri əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirə bilmir. Kolleclərin maddi-texniki bazası, kadr potensialı, laboratoriyaları ürəkaçan səviyyədə deyil.

Həmçinin, orada çalışan müəllimlərin işə qəbulu şəffaf keçirilməyib, hər hansı attestasiya, sertifikasiya, müəllimlərin yoxlanılması həyata keçirilmədiyi üçün vəziyyət o qədər də ürəkaçan deyil. Təbii ki, məhz keyfiyyəti artırmaq lazımdır. Rəqabətədavamlı mühitin formalaşması üçün buna ehtiyac var. Yəni ali təhsil müəssisələrinə inteqrasiya lazımdır. Biz bəzən görürük ki, kollec məzunları subbakalavr kimi ali məktəblərə qəbul olduqdan sonra sadəcə diplom almaq istəyirlər. Əmək bazarına, işləməyə üz tuturlar, ali məktəblərdə oxumaqda o qədər də maraqlı olmurlar.

Hesab edirəm ki, müəyyən ixtisaslar yalnız kolleclərdə saxlanılmalıdır. Ümumiyyətlə, bəzi ixtisaslar var ki- maliyyə, mühasibat, sığorta, bank işi, vergi- bunlar həm kolleclərdə, həm də ali məktəblərdə var. İşəgötürənlər isə təbii ki, işçi qismində ən yuxarı pilləni götürürlər”.

Ekspertin fikrincə, bəzi ixtisasları bölmək lazımdır:

“Məsələn, "turizm bələdçisi", "turizm işinin təşkili" ixtisası üzrə bir tələbə niyə ali təhsilli olmalıdır? O ixtisaslar orta ixtisas təhsili müəssisələrində olmalıdır. Bundan sonra orta ixtisas təhsili müəssisələrinə maraq artmalıdır. Bu gün kolleclərə maraq artır. Bunun səbəbi də birmənalı şəkildə kollec məzunlarının ali məktəblərə qəbul olmasının əlçatanlığıdır. Ancaq ikinci bir məsələ kolleclərin universitetlərin nəzdinə verilməsi məsələsinə gəlincə, bu, birmənalı şəkildə tam olaraq həyata keçirilməlidir.

Ancaq universitetlərin onlara nəzarət etmək imkanları yoxdur. Yəni onların başı öz tələbələrinə, tədris proseslərinə qarışıb. 7-8 ildir ki, biz bəzi kolleclərin universitetlərin nəzdinə keçdiyini görsək də, ciddi bir keyfiyyət dəyişikliyi yoxdur. Çünki universitetlər kolleclərə nəzarət edə bilmir. Ona görə də ayrı olsalar daha yaxşı olar. İdarəetmədə mobillik, müstəqillik olar".




Paylaş:


Müəllif : Tarix:
16-06-2023, 08:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər