Nərminin ölümündən sonra atasına "Müharibə veteranı" adı verilib? - Foto
Tovuzda oğurlanıb öldürülmüş Nərmin Quliyevanın atasına sözügedən hadisələrdən sonra "Müharibə veteranı" adı və vəsiqəsi verildiyi iddia oluur.
Bu barədə jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında yazıb.
O, Nərminin atası Şərif Quliyev haqqında tərtib olunmuş sənədin fotosunu yayıb və bildirib ki, bu sənəd onun Qarabağ müharibəsində hərbi hissədən qaçdığının sübutudur:
“Amma necə olursa, 30 il keçir, "Nərmin olayı"ndan dərhal sonra buna "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün "Müharibə veteranı" vəsiqəsini hadisədən sonra kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?...”
Qeyd edək ki, A. Məmmədova Nərmin Quliyevanın qətli ilə bağlı gedən məhkəmə prosesləri barədə ən çox yazan jurnalistlərdəndir. O, hətta buna görə ötən il may ayının 8-də Binəqədi rayonunda, yaşadığı binanın liftində bıçaqlı hücuma da məruz qalıb. Jurnalist hadisədən sonra ona qarşı edilən bıçaqlı hücumun birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu bidirib. O, Tovuzun Dondarquşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini işıqlandırdığı üçün daha əvvəl də təhdidlərlə üzləşdiyini deyib. Hadisədən 1 ildən çox vaxt keçsə də, jurnalistə hücuma görə saxlanılan yoxdur.
Artıq bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2023, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT