reklam
Regionxeberlericom.az » Araşdırma » “Olmayan cins şalvar ekspertizaya necə gedib çıxıb?” - Yeni detallar

reklam

“Olmayan cins şalvar ekspertizaya necə gedib çıxıb?” - Yeni detallar

















Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Sənədlərin birindəki ekspert rəyində müstəntiqin istintaqa təqdim etdiyi uşaq şalvarından, ayaqqabısından təqsirləndirilən şəxsin gödəkcəsinin liflərinin tapıldığı göstərilib. Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarında da Nərmin Quliyevaya aid jaketin lifi tapılıb. Vəkillər həmin ekspertiza rəylərinə etiraz edərək bunun saxtalaşdırıldığını deyiblər: “Müstəntiq o cins şalvarı haradan tapıb ekspertizaya təqdim edib? Çünki nə şəkillərdə var, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkingilin evindən götürülən əşya və paltarların arasında. Olmayan cins şalvar ekspertizaya necə gedib çıxıb? İkincisi, məhkəmədə şahid ifadələri də təsdiq etdi ki, İlkinə aid isti alt paltarı o, saxlanılandan sonra alınıb, sonra da polis şöbəsinə təhvil verilib. Ekspert oradan Nərminin jaketinin lifini necə tapıb? Görünür İlkinin paltarlarını qoyublar qabaqlarına, Nərminin jaketini İlkinin paltarına sürtüblər, onunla da iş bitib”.

Prosesdə vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Vəkil meyitin üstündəki qırmızı köynəklə ekspertizaya təqdim olunan köynəyin fərqli olduğunu bildirib: “Şəkillərdən də görünür ki, biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”. Bundan başqa, vəkillər ekspertizanın rəyi məlum olmamış ovaxtkı Baş prokuror Zakir Qaralovun Ombudsman və başqa aidiyyəti orqanlara məktub yazaraq İlkin Süleymanovgilin evindən Nərminə məxsus qan tapılması ilə bağlı epizoddan danışıblar: “Birincisi, hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə öncəgörənlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni II qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu II qrupdur”.

Növbəti proses sentyabrın 21-ə təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.




Paylaş:


Müəllif : Tarix:
15-09-2022, 23:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər