Bahalaşan pomidorun İZİ İLƏ: İŞ QOŞQAR MÜƏLLİMƏ DAYANIR... - "Azfrut Promo" MMC haqda ŞOK FAKTLAR
Ölkədə illərlə sahibkarların xirtdəyinə yapışıb qanını sovuran, zəli kimi qan içən strukturlardan biri 2015-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi idi. Eldar Mahmudovun bandası iş adamlarının dərisinə saman təpir, onların başına elə müsibət gətirirdi ki, biznes sahibləri bir də ayağa qalxa bilmirdilər. Nəticədə itirən sahibkarlıq, ölkə iqtisadiyyatı olurdu. Mahmudovun dəstəsi ilə yanaşı sabiq vergi naziri Fazil Məmmədovun da komandası özünün başçılığı ilə sahibkarlara qan uddururdu. Təbii ki, xalqın və sahibkarların narazı qaldığı hər iki qurum indi yoxdurlar, rəhbərləri də işlərini itiriblər. Lakin ölkədə iş adamlarının problemləri, onlara maneələr bitmək bilmir. Xeyli vaxtdı sahibkarlar Qida Təhlükəsizliyi Agentliyinin onlara yaratdığı süni əngəllər haqda Prezident İlham Əliyevə müraciətlər ünvanlayır. Təəssüf ki, ardıcıl edilən müraciətlərə müsbət reaksiya gəlmir. Çünki onların səsi lazımı ünvana çatdırılmır. Məlum olur ki, agentlik və onun oliqarx sədri, Slovakiyada biznesi üzə çıxmış, barəsində müxtəlif ittihamlar səslənmiş Qoşqar Təhməzli pomidor ixracında qərəzli şəkildə maneələr təşkil edir, nəticə etibarı ilə monopoliyaya xidmət göstərir. Sahibkarların saytımıza yolladığı məktubda Prezidentə müraciət edilərək qeyd olunur ki, Rusiyanı bəhanə edərək ölkə ərazisindən pomidor ixracına süni maneələr yaradılır. Onların sözlərinə görə, əslində, Rusiya faktoru bəhanədir. İş adamları Prezidentə real sübut təqdim edirlər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Ancaq göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Bəs, səbəb nədir, niyə ayrıseçkilik edilir? Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İç adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrini Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Yəni bu da böyük zərər deməkdir. Prezidentə üz tutan sahibkarlar yardım istəyirlər. Onlar deyirlər ki, ölkədən ixrac edilən pomidor məhsulunun bu cür inhisar altına alınması yolverilməzdir və qarşısı alınmalıdır. Qəribədir ki, internet resurslarında axtarış verərkən həmin MMC haqda informasiyaya rast gəlinmədi. Görünür, Qoşqar Təhməzlinin rəhbəri olduğu agentlik həmin şirkəti elə özü qurub. (Anaxeber.info)

Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2022, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT