Dumanlı havanın səbəbi açıqlandı
Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb
Onun sözlərinə görə, görünüş 21 fevral tarixində saat 04:35-06:50 radələrində 50 metrədək məhdudlaşıb, nisbi rütubət 83-93 faiz intervalında olub: “Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır. Dünən havanın temperaturu 12 dərəcəyədək yüksəlib və iqlim normasından 3,2 dərəcə yüksək olub, gecə isə 9 dərəcə enərək 2,9 dərəcəyə yaxınlaşıb”.
U.Tağıyeva qeyd edib ki, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına səbəb olur: "Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur. Dumanlı hava, eyni zamanda Gəncə, Şabran, İsmayıllı, Xaçmaz, Şəmkir, Tərtər, Zərdab, Beyləqan, İmişli və Yevlaxda görünüş məsafəsinin 200-500 metrədək məhdudlaşmasına səbəb olub”.
Xidmət rəisinin sözlərinə görə, günün ikinci yarısında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənməsi dumanın seyrəlməsinə səbəb olacaq: "Lakin ayın 23-dən 26-dək əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal olunur"
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2022, 11:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT