Tural Abbaslıdan Hacı Surxayın Məhərrəm ayındakı toylarla bağlı iddialarına REAKSİYA
Ölkədə Məhərrəm ayının başlaması ilə birlikdə müxtəlif məzhəblərinin nümayəndələri arasında məsələ ilə bağlı fərqli fikirlər meydana çıxmağa başlayıb. Məşhur din xadimi Hacı Surxay Məmmədlinin mövzu ilə əlaqədar səsləndirdiyi mülahizələr isə insanlar tərəfindən geniş müzakirələrə səbəb olub.
Belə ki, “Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq”, - deyə fikir bildirən din xadiminə qarşı kəskin iradlar səsləndirilib.
Məsələ ilə bağlı isə Ağ Partiyanın sədri Tural Abbaslı öz fikirlərini Bizim.Media ilə bölüşüb. Partiya sədri ilk öncə Məhərrəm ayı ilə bağlı düşüncələrini dilə gətirib:
“Ümumilikdə, Məhərrəm ayı ilə bağlı iki yanaşma var: Bir tərəf bu ayı hüzn kimi, Peyğəmbərimizin nəvəsinin qətlə yetirildiyi ay kimi qeyd edir və matəmə qərq olur. Digər tərəf üçün isə Məhərrəm ayı İslam təqvimində müqəddəs aylardan biridir, birinci aydır və Aşura günü xüsusi gün kimi qeyd edilir, amma matəm elan olunmur”.
Tural Abbaslı Hacı Surxayın səsləndirdiyi fikirlərə də öz münasibətini bildirib:
“Bu əslində bizlərin – siyasətçilərin və ictimai xadimlərin şərh verəcəyi bir məsələ deyil. Bu sahənin mütəxəssisləri mövzu ilə bağlı mövqe bildirsələr daha yaxşı olar. Amma mən düşünürəm ki, Hacı Surxay tanınmış din xadimlərimizdəndir.
Fikrimcə, O, daha ehtiyatlı sözlər və uyğun ifadələr seçməli idi. Çünki bir-iki kəlmə söz dediyinə görə iki gündür məsələ gündəm olub.
Hacı Surxayın bu sözlərinin uğurlu müsahibə olmadığını düşünürəm. Hər-halda bir cəmiyyətdə həm əhli-sünnə, həm də əhli-şiə varsa, din xadimləri də daha ehtiyatlı cümlələrlə fikirlərini ifadə etməlidirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2021, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-08-2021, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Bu gün, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Bu gün, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
Dünən, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Dünən, 10:31
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
16-05-2024, 22:15