Naxşıvanda ŞOK: Pivə qonaqlığı qarşılığında imtahan sualları... - 315 müəllim qanunsuz olaraq işdən azad edilib

Xəbər verdiyimiz kimi, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı etirazların sayı günbəgün artır. Söhbət ondan gedir ki, imtahan zamanı müəllimlərə aidiyyəti olmayan sualların verilməsi çoxsaylı narazılıqlar doğurduğundan, Təhsil Nazirliyi iyulun 23-də və 26-da baş tutan imatahanların yenidən keçirilməsinə qərar verib. Lakin “Hürriyyət”in əldə etdiyi məlumata görə, nəinki bu il, ötən il də imtahanlar qeyri-peşəkar hazırlanıb və nəticədə bir çox savadlı kadrlar müəllim olmaq şansını itirib.
Onu da qeyd edək ki, Haxçıvan Muxtar Respublikasında da analoji hal baş verib. Belə ki, 2020-ci ilin noyabr ayında Naxçıvanda müəllimlərin imtahan verməsi haqda qərar qəbul edilib. Hər bir müəllim imtahanda iştirak etmək üçün banka 35-40 manat ödəyib. Lakin imtahan zamanı əksər suallar qeyri-ixtisas fənninə aid olub. Üstəlik, suallar tamamilə fərqli mövzuları əhatə edib və bir çoxunun ümumiyyətlə təhsilə aidiyyəti olmayıb.
Ən maraqlısı isə odur ki, həmin müəllimlər 6 ay sonra yenidən imtahan verməli olublar. Bu zaman da onlardan məcburi qaydada 35-40 manat “rüsum” alınıb. Müəllimlər təkrar imtahan verməkdən imtina etdikdə, onlara bildirilib ki, imtahanda iştirak etməyənlər dərhal işdən azad olunacaq.
Onu da qeyd edək ki, təkrar imtahan zamanı da sullar qeyri-peşəkar hazırlandığından və təhsilə heç bir aidiyyəti olmadığından, 315 nəfər savadlı müəllim öz işini itirib. Bəziləri isə heç bir xəbərdarlıq olunmadan, saxta əmrlə işdən azad edilib. Bu zaman isə onlara bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə işdən azad olunurlar. Üstəlik, musiqi məktəblərində müəllimlərin qanuni şəkildə işlədikləri son ayların maaşı da verilməyib və bildirilib ki, nazir pul toplamaqla bağlı onların qarşısına öjhdəlik qoyub…
Məlumat üçün bildirək ki, müəllimlər işdən qanunsuz olaraq çıxarılmaları ilə bağlı müvafiq qurumlara şikayət etsələr də, onların müraciətinə baxılmayıb. Sonradan bəziləri öz etiraz səslərini mətbuat vasitəsilə yetkili şəxslərə çatdırmağa məcbur olublar. Nəticədə, rəsmi qurumlar tərəfindən onlara xəbərdarlıq edilib ki, “siz müəllimləri ayağa qaldırırsınız, ölkədə ixtilaf törədirsiniz…”. Hətta öz haqlarını tələb edən bəzi təhsil işçiləri “radikal müxalifətçi” olmaqla hədələnib və susmayacaqları halda, sərt şəkildə cəzalandırılacaqları bildirilib.
Musiqi məktəblərindən birinin əməkdaşına təklif olunub ki, pivə qonaqlığı versən, səni imtahandan keçirəcəm. “Nazirliyimizdəki Mədəniyyət şöbəsinin müdiri və əməkdşaları ərimin dostlarıdır, onlara pivə qonaqlığı verərsən, sənin işin olmasın, imtahandan keçirəcəm”, - deyə müəyyən səbəblərdən adını açıqlamadığımız xanım bildirib. Onun sözlərindən belə aydın olub ki, bəzi müəllimlər ya tanışlıqla, ya da pul qarşılığında imtahandan öncə sulları əldə edə bilib, nəticədə isə yüksək bal toplayıblar.
Qeyd edək ki, işdən çxıarılan müəllimlərin əksəriyyəti hazırda çarəsiz vəziyyətdədir. “Uşaqlar məktəbə gedəcək, onların formasını almağa pul yoxdur, kreditimiz, borcumuz var, mən nə etməliyəm…”, - deyə onlardan biri sual edir.
Hurriyyet.az
Redaksiyadan: Yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik. Həmçinin, narazı müəllimlərin müsahibələrini də dərc etməyə çalışacağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-08-2021, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-08-2021, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?