“Azərişıq” ASC-nin Lənkərandakı “ölüm məntəqələri” - Transfarmatorlarda narkomanlar yuva salıblar + VİDEO

Ölkəmizdə “Azərişıq” ASC-nin bərbad vəziyyətdə olan transformator məntəqələrinə tez-tez rast gəlmək olar. Xüsusilə də bölgələrimizdə heç bir təhlükəsizlik qaydalarına uyğun gəlməyən, ciddi təhlükə mənbəyi olan transformatorlar olduqca çoxdur.
“AzPolitika.info”-nun elektron poçtuna Lənkərandakı oxucularımızdan daxil olan məktubda xüsusilə məktəb və liseylərin həyətlərindəki elektrik transformatolarının bərbad vəziyyətdə olduğu və burada təhsil alan şagird və tələbələr üçün böyük təhlükə yaratdığı qeyd olunur.
Fotolardan da göründüyü kimi, yüksək gərginlik olan transformatorların ya tamamilə açıq olduğu, ya da necə və nə ilə gəldi, əksər hallarda paslanmış dəmir-dümürlə yarımçıq şəkildə bağlandığı görünür.
Redaksiyamıza ünvanlanan məktubda deyilir: “Bildiyimiz kimi, hər bir məktəbin ərazisində “Azərişıq” ASC-nin transformator məntəqələri mövcuddur. Lənkəran Elektrik Şəbəkəsinin(EŞ) rəhbərliyi yeni tədris ilində bizim övladlarımızı qapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri ilə salamlayacaq.
Artıq uzun illərdir ki, Lənkəran EŞ-nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd- yuva salıblar. Transformator Məntəqələrinin tikililəri qəzalı vəziyyətdədir. Qapı və pəncərələri yoxdur.
Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub. Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından qapı kimi istifadə olunub. Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumiyyətlə yoxdur. Çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin ciblərinə gedib?”
Qeyd edək ki, söhbət Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən, Lənkəran Peşə Liseyindən, Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdən, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdən, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydən gedir.
Doğrudan da, maraqlı sualdır – bu məntəqələrin saxlanması, təmiri və s. üçün ayrılan pullar hara, kimlərin cibinə gedib? Və sabah bu transformatorlar hansısa azyaşlı uşağın, məktəblinin ölümünə səbəb olsa, buna görə kim məsuliyyət daşıyacaq?

Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2021, 23:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-08-2021, 23:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?