Qadağan olunsa da, hakim Konstitusiya Məhkəməsinin qərarını dəyişdi

İş adamı Nazim Tahirov Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik və qanunla dəyişdirilməsi qadağan olunan qərarının Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsindən şikayətçidir.
N.Tahirov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, dövlətin ən yüksək ali qurumu olan Konstitusiya Məhkəməsinin qərarının icra edilməməsi onu ictimaiyyətə müraciət etməyə məcbur edib.
Belə ki, ona məxsus “Biləcəri Təmir Qurаşdırmа” QSC 2015-ci ildə 16 saylı Trestə qarşı pul tələbi iddiası qaldırıb və məhkəmə iddianı təmin edərək, Trestin QSC-yə 6 milyon 468 min 936 manat ödəməsinə qərar verib. Bundan sonra borcun ödənilməsi üçün Trestə məxsus 2100 ədəd borunun üzərinə həbs qoyulub. Qiymətləndirmə aparan özəl şirkət boruların 2 milyon manat dəyərində olduğuna dair arayış verib.
Bunun ardınca “Cənnət Park” MTK şirkəti məhkəməyə müraciət edərək, 2014-cü ildə 16 saylı Trestin direktoruna 2 milyon manat borc verdiyini və həmin zaman bu boruların borc müqabilində girov qoyulduğunu iddia edib. Bu çəkişmə kassasiya instansiyasına kimi gedib çıxıb və 2017-ci il iyunun 30-da Ali Məhkəmə boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin əmlakı olduğuna dair qərar çıxarıb.
Bir müddət sonra “Cənnət Park” MTK boruların geri qaytarılması üçün məhkəmə iddiası qaldırıb. Birinci və ikinci instansiyalardan keçdikdən sonra 2019-cu il yanvarın 30-da Ali Məhkəmə iki il öncəki qərarının əleyhinə çıxaraq, boruların “Cənnət Park”a verilməsinə qərar verib.
“Biləcəri Təmir Quraşdırma” QSC Ali Məhkəmənin bir-birinə zidd iki qərarının şərh edilməsi və hansı qərarın əsas götürülməsinin müəyyən edilməsini istəyib.
Konstitusiya Məhkəməsinin Plenumunda hakim Fərhad Abdullayevin sədrliyi ilə işə baxılıb və belə qərara gəlinib ki, Ali Məhkəmənin 20 yanvar 2019-ci il tarixli, yəni boruların “Cənnət Park” mTK-ya məxsus olması barədə qərar Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.
Plenumun qərarında qeyd edilib ki, bu qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Həmçinin, işə yenidən baxılması barədə göstəriş verilib.
İşə yenidən Bakı Apellyasiya Məhkəməsinə baxılarkən hakim Cahangir Yusifov Konstitusiya Məhkəməsinin səhv qərar çıxardığı qənaətinə gələrək qət edib ki, borular “Biləcəri Təmir Qurаşdırmа” QSC-dən alınmalıdır.
Nazim Tahirov qeyd edir ki, Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilib ki, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir:
“Aşağı məhkəmələr məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir çox Dövlət qurumlarına şikayətlər etsəm də, mənə heç bir cavab verilmir. Növbəti məhkəmə prosesi iyulun 23-də Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baş tutacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2021, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-07-2021, 16:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO