“Azərbaycanda niyə növbədənkənar parlament seçkiləri keçirilsin ki?”
Ötən il Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin üzərindən bir ildən çox vaxt keçib. Bu müddət ərzində ölkənin həm iqtisadi, həm sosial, həm də siyasi həyatında ciddi dəyişikliklər baş verib.
Belə ki, bütün dünyanı cənginə alan koronavirus epidemiyası Azərbaycandan da yan ötmədi, nəticədə yüzlərlə insan həyatını itirdi, sərhədlər qapadıldı, ölkədə sərt karantin rejimi tətbiq olundu, iqtisadiyyatda müəyyən qədər durğunluq yarandı. Siyasi həyatda isə 27 illik torpaq həsrətinə son qoyuldu. Noyabr ayında 44 günlük müharibənin zəfəri çalındı və ərazilərimiz erməni işğalından azad edildi.
Yəni baş verməyən bir hadisə qaldısa, o da parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməməsi oldu. Belə bir fikir var ki, bu prosesin baş tutmama səbəbi yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsinin planlaşdırılmasıdır.
Maraqlıdır, bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Boş qalan yerlər üçün seçkilər nə vaxt keçiriləcək?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclis deputatı Fazil Mustafa qeyd edib ki, yerlərin boş qalması növbədənkənar seçkilərin keçiriləcəyi mənasını daşımır:
“Bizdə ilk növbədə MSK-nın formalaşma prosesi getməlidir. Qanunla vaxt tamam olur. Ona görə də bu məsələ hər hansı şəkildə səslənən iddialarla bağlı deyil. Niyə növbədənkənar parlament seçkiləri keçirilsin ki?! Parlament yenicə formalaşır.
Sadəcə bir məsələ də var ki, pandemiya dövründə seçki keçirməyin özü də bir problemdir. Pandemiya olmasa, təbii ki, istənilən vaxt seçki keçirmək olar. Ölkədə bütün diqqət yönəlib müharibənin fəsadlarının ortadan qaldırılmasına, ardınca da pandemiya məsələsinə.
Hər halda indi məsələ üzərində düşünülür, pandemiyanın sıxıntıları ortadan qalxandan sonra boş yerlərə də seçkilər keçiriləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2021, 11:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-04-2021, 11:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…