Niyə “Amnesty İnternational” Azərbaycana atılan kasetli bombaları görmür?

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq dinc əhalini və mülki infrastrukturlarımızı hədəfə almaqda davam edir.
Ermənistan beynəlxalq hüququn normalarını pozaraq mülki əhali yaşayan ərazilərimizə qarşı qadağan olunmuş kasetli döyüş başlıqlarından istifadə edir. ANAMA-nın dünən açıqladığı məlumata görə, hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Qurumun operativ qərargahının rəisi İdris İsmayılov əlavə edib ki, əvvəllər Beyləqan rayonunda da kaset bombalarının çanaq hissəsi aşkarlanmışdı.
Qeyd edək ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.
Ancaq bütün bunları görməyən “Amnesty İnternational” yenə də Azərbaycana qarşı ədalətsiz bəyanatlar səsləndirməkdə davam edir. Həmişə ölkəmizə qarşı qərəzli bəyanatlar verən bu təşkilat nədənsə dinc əhalimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını görmür. Erməni terrorizminin qurbanı olan körpələrin ölümünə susqunluq nümayiş etdirir.
Böyük enerji layihələrinə, digər strateji obyektlərə və mülki əhaliyə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir.
Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini, obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.
Fotoda: Ermənistanın Tərtərdə vurduğu 5 nömrəli tam orta məktəb

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Kamal Cəfərov mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələri mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş, yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə edir: “Dünən eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb. Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Hesab edirəm ki, çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir. Bu cür yüksək dağıdıcı qüvvəyə malik silahlardan istifadə həm beynəlxalq, həm də milli səviyyədə qadağan edilib.
Digər tərəfdən beynəlxalq təşkilatlar ya susurlar, ya da birtərəfli bəyanat verirlər. “Amnesty İnternational” təşkilatının bəyanatı birtərəflidir, qərəzlidir. Bu barədə Azərbaycanın Baş Prokuroru Kamran Əliyev təşkilata müraciət göndərib, foto-video sübutları təqdim edib.
Beynəlxalq təşkilatların, o cümlədən “Amnesty İnternational” təşkilatının qərəzli bəyanatları ilə bağlı yekun ictimai rəy var. Sosial şəbəkələrdə apardığım araşdırma göstərir ki, siyasi mövqeyindən asılı olmayaraq, hər bir şəxs, ictimai fəal bu cür bəyənatları pisləyir.
Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixdə olmadığı qədər güclü, müstəqildir, xalq isə həmrəydir. Hər kəsi sosial şəbəkələrdə aktiv olmağa, obyektiv məlumatları tvitter üzərindən beynəlxalq təşkilatlara çatdırmağa çağırıram. Ermənilərin feyk nyuslarına qarşı mübarizəmiz artıq öz səmərəsini göstərir. Hər kəs çox aktivdir, daha da aktiv olmalıyıq! Cardi B və Elton Con ermənilərə dəstək postunu sildi və üzr istədi. Etiraz çox olduqca geri addım atırlar. Bu, birliyin gücüdür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2020, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2020, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO