Musa Musayevdən Siyavuş Novruzova cavab

Hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev partiyadaşı, deputat Siyavuş Novruzovun ittihamlarına cavab verib. O, Yenisabah.az-a açıqlamasında bildirib ki, Siyavuş Novruzov faktları təhrif edib.
“Siyavuş Novruzov deyir ki, mən əmimoğlum Alqış Musayevin irəli getməsinə mane olmuşam. Amma yaxşı bilir ki, 2000-ci ildə partiyanın proposional siyahısında mən 15, Alqış Musayev isə 19-cu yerdə idi. Həmin seçkilərdə YAP-dan proporsional qaydada 16 nəfər seçildi. Ona görə də Alqış Musayev bu siyahı üzrə parlamentə düşə bilmədi. Burada mənim hansı maneə yaratmağımdan söhbət gedə bilər ki?
Digər tərəfdən, Alqış Musayev proporsional qaydada seçilməsə də, 2001-ci ildə Diasporla İş üzrə Komitənin yaranmasından sonra Nazim İbrahimov həmin qurumun sədri təyin edildi. Onun deputat yeri boş qaldı və Alqış Musayev təkrar seçkilərdə namizədliyini irəli sürüb deputat seçildi. Siyavuş Novruzov bunları çox yaxşı bilir”, - deyə Musa Musayev qeyd edib.
Keçmiş icra başçısı onu da bildirib ki, Alqış Musayevlə münasibətləri çox yaxşıdır. Siyavuş Novruzovun “YAP-da Alqışın xidməti var, nəinki Musa Musayevin” fikrinə gəlincə, Musa Musayev deyib: “Mən YAP-ın qurucularından biriyəm. Partiyanın qurulmasında fəal iştirakım olub, Nəsimi təşkilatını mən yaratmışam. Məgər Siyavuş Novruzov bunları bilmir?”
Musa Musayev Alqış Musayevə qarşı oyunlarda iştirak etməsi barədə partiyadaşının dediklərini də əsassız adlandırıb. “Siyavuş Novruzov açıqlasın görək hansı oyundan söhbət gedir, Alqış Musayevə kimlər oyun qurmuşdu? Bunlar hamısı əsassız ittihamlardır”, - deyə keçmiş icra başçısı vurğulayıb.
Xatırladaq ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Musa Musayevin partiya barədə tənqidi fikirlərinə münasibət bildirərkən deyib ki, onun başqalarını ittiham etməyə haqqı yoxdur. “Başqalarına onun özündən çox haqsızlıq edən adam olmayıb” deyən Siyavuş Novruzov Musa Musayevi öz əmisi oğlu Alqış Musayevin haqqına girməkdə də ittiham edib: “YAP-da Alqışın daha çox xidməti var, nəinki Musa Musayevin. Bu, o qədər ədalətsiz adamdır ki, öz əmioğlusunun irəli getməsinə imkan verməyib, ona qarşı oyunlarda iştirak edib. Alqış Siyasi Şuraya düşməli, proporsional seçkidə siyahıya salınmalı idi, imkan vermədilər. Musanı irəli verdilər. İndi də durub haqdan, ədalətdən danışır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2020, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-07-2020, 14:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT