reklam
Regionxeberlericom.az » Araşdırma » Müsavatçıların xaricdə həbsinin pərdəarxası - SENSASİON SƏBƏB

reklam

Müsavatçıların xaricdə həbsinin pərdəarxası - SENSASİON SƏBƏB


Ötən gün Almaniyada mühacir biznesinə görə həbs olunanlar Azərbaycanda gündəmi dəyişib. Uzun illərdən bəri gizlədilən, müxtəlif manipulyasiyalarla üstü örtülən bu saxtakarlığı artıq ört-bastır etmək mümkün deyil. Çünki, əməliyyatı Azərbaycan polisi deyil, Almaniya polisi həyata keçirib və bu məsələdə ənənəvi taktikadan itifadə edərək hakimiyyəti günahlandırmaq üçün şans yoxdur.
Çox güman ki, araşdırmalardan sonra alman polisi açıqlama yayacaq və nəyin baş verdiyini dəlillərlə ortya qoyacaq. İndiki məqamda isə bəlli olan odur ki, saxta sənədlər hazırlamaqla dəqiq sayı bəlli olmayan qədər Azərbaycan vətəndaşına Almaniyada siyasi sığınacaq statusu alınıb. Bunun qarşılığında isə həmin “siyasi mühacir”lərdən böyük miqdarda pullar alınıb. Ortada böyük biznes varmış və bu bazar Azərbaycanda hakimiyyətə iddialı olan bir siyasi partiya tərəfindən təşkil edilib.

İndiki halda bəlli olan odur ki, Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Onların ev və obyektlərində aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Adı çəkilən şəxslər Almaniyada qanunsuz miqrant alveri ilə məşğul olmaqda şübhəli bilinirlər və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Miqrant alverçilərinin hamısı birbaşa Müsavat partiyası ilə əlaqəli olan şəxslərdir.

Bu gün üzə çıxan faktlar illərdir elə Müsavat rəhbərliyində təmsil olunan ayrı-ayrı şəxslər, sıravi müsavatçılar tərəfindən səsləndirilən ittihamların əsaslı olduğunu ortaya çıxardı. Halbuki həmin vaxt Müsavat rəhbərliyi bunu təkzib edirdi. Amma indi susublar.

Bu gün ayrı-ayrı media nümyəndələrinin etdikləri telefon zənglərinə partiya başqanı Arif Hacılı müdrikcəsinə susub. Cavab verməyib. Nəhayət, o Azadlıq Radiosuna açıqlama vemək qərarına gəlib. Amma bu açıqlamasında da gah nala, gah da mıxa vurmaqla vəziyyətdən çıxmağa çalışıb. Çıxa bilibmi? Özünüz oxuyun:

“Bizdə bu məsələlərlə bağlı konkret olaraq qayda-qanun var. Müsavat Partiyası nizam-intizamla, sistemli şəkildə idarə olunan bir təşkilatdır. Burada kiməsə, nəyinsə müqabilində hansısa sənədi vermək nəzəri cəhətdən mümkün deyil. Bu məsələlər partiyada rəsmiləşdirilir, sənədləşdirilir. Verilən bütün sənədlərin nömrəsi, möhürü var… Bu sahə indistriyaya çevrilib. Bu yaxınlarda “Real” televiziyasında bu barədə bir reportaj verildi, orada DİN-in, prokurorluğun, məhkəmələrin, Bakı Şəhər Baş Polis İdarəsi ilə yanaşı Müsavat Partiyasının və Xalq Cəbhəsinin də möhürlərinin olduğu üzə çıxarıldı. Niyə bu məsələdə daha çox Müsavat və Xalq Cəbhəsi partiyalarının adları hallanır? Çünki Avropaya üz tutan mühacirlər arasında hər iki partiyanın arayışı olan üzvlərinə etimadla yanaşılır. Ölkədə qeydiyyatdan keçmiş 52 partiya var, onların hazırlayıb möhürlədiyi saxta sənədi təqdim edəndə Avropa strukturları nəzərə almır. Bizə qarşı ünvanlanan ittihamlarla bağlı məhkəmə iddiaları qaldırmışıq, hətta iki iddia üzrə Azərbaycan məhkəmələrində qalib gəlmişik.

- Mehdi Xəlilbəyli kimdir, bu adamı tanıyırsınızmı?

– O, Müsavat Partiyasının üzvüdür.

- Amma onu Vasif Talıbovun, “Sirab” şirkətinin ortağı kimi təqdim edirlər…

– Bu sualı onun özünə ünvanlayın. O, Avropada yaşayır, mənim onunla əlaqəm yoxdur.

- Necə ol bilər, siz partiya üzü haqqında bilmirsiniz…

– Bu sualı ona ünvanlayın, hər bir müsavatçıya aid olan sualı mənə ünvanlanmağı doğru saymıram.

- O, partiyanın Avropada yaratdığı AKM-in rəhbəridir.

– O adam Azərbaycan hakimiyyəti tərəfindən axtarışdadır. Bir dəfə Yunanıstanda həbs olunmuşdu, Azərbaycana gəlib-gedə bilmir. O necə “Sirab” şirkətinə şərik ola bilər? Bu, təxminən “Arif Hacılı ilə şəkil çəkdirmək 1500 avrodur” ittihamı kimi bir sözdür. Dediklərim mənim mülahizəmdir, bu sualı mənə nahaq yerə verirsiniz”.

Oxudunuzmu? Sizcə, bir neçə ay əvvəl "Mehdi Xəlilbəyli Müsavat üzvü deyil" deyən Arif Hacılı bu gün onun müsavatçı olduğunu nə üçün etiraf etmək məcburiyyətində qalır? Çünki hamının bildiyini artıq gizləmək mümkün deyil. Pərdə qalxıb və arxasında gizlənəcək yer yoxdur.

Müsavat başqanının sabiq müavini Elman Fəttah da saxta mühacir biznesindən xəbərdar olduğunu yazıb: “İndi həbs olunduqları deyilen və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin fake siyasi mühacir işi ilə əlaqəli olmalarından çoxdan şübhəli idik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.

Mühacirətdə olan jurnalist Yafəz Əkrəmoğlu hesab edir ki, saxta "siyasi mühacir" sәnәdlәrindәn yarım milyon avroya (bir milyon manat) yaxın pul qazanılıb. Onun fikrincə, cinayət işində Gülağa Aslanlı vә Arif Hacılının da adı keçir: “Bu gün alman polisinin ifşa etdiklәrini mәn iki il әvvәl daha detallı şәkildә Müsavat Partiyası rәhbәrliyinә faktlarla, sәnәdlәrlә tәqdim etmişdim. Partiyadakı vicdanlı insanlar buna dәrhal reaksiya verdi, Arif Hacılı vә әtrafından hesabat tәlәb olundu. Tәbii ki, üzәrimizә gәldilәr. O vaxtlar partiya qәrargahının "ali kabinet"indә mәsәlәdәn çıxış yolu kimi bizlәr "hökumәtin adamı" elan olunduq. Partiya üzvlәrinә deyәcәk söz, verilәcәk cavab yox idi axı. Әn gözәl çıxış yolu hәqiәti deyәnlәri damğalamaq idi. O vaxtlar biz Müsavatda arayış mәsәlәsi ilә bağlı istәr qapalı qrupda, istәr açıqda yazanda, Arif Hacılının trolları statusların altına İsa Qәmbәrin daxili rәqiblәrinә hesablanmış bu mәşhur sitatını paylaşırdılar: "İstәnilәn halda mübarizә Müsavatla hakimiyyәt arasında gedir". İndi sitatı dәyişmәnin zamanıdı. Şәrlәyin alman polisini dә...”.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 20:15
Sikayət   


loading...
Загрузка...