“İsrail və HƏMAS girov danışıqlarına qayıtmaq istəmir” – Ağ Ev

“İsrail və HƏMAS girov danışıqlarına qayıtmaq istəmir”.
Bunu ABC telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Hazırda tərəflərdən heç biri danışıqlar masasına qayıtmaq istəmir. Düşünürəm ki, bunun necə dağıldığını xatırlamaq vacibdir. HƏMAS əllərində saxladıqlarını bildiyimiz uşaq və qadınların əlavə siyahısını təqdim etmək istəmirdi”, - Kirbi deyib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar humanitar fasilələrlə bağlı razılaşmaların yenidən əldə olunmasını təmin etmək üçün səylərini davam etdirir.
Xatırladaq ki, İsrail və HƏMAS arasındakı atəşkəs cümə günü səhər saatlarında başa çatıb və uzadılması rəsmi olaraq elan edilməyib.
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatının döyüş əməliyyatlarında fasilə yaradaraq İsrail ərazisinə atəş açdığını, İsrail hərbçilərinin isə Qəzza zolağında Fələstin hərəkatına qarşı döyüşləri bərpa etdiyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2023, 20:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO