Xankəndidə diz çökən Şahramanyan İrəvanda ilk bunu etdi - BUNDAN SONRA NƏ EDƏCƏK?

Qarabağda özünü buraxan separatçıların sonuncu “başçısı” Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən “baş qaldırmağa” başlayıb.
Regionxeberlericom.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı “liderlər” qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan “bağışlananlar siyahısına” daxil ola bilib.
Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur.
Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır.
Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2023, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO