"Araik bu gün dindirilib" - Vəkili DANIŞDI
Xankəndində saxlanılaraq Bakıya gətirilən qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.
Regionxeberlericom.az Lent.az-a istinadən xəbər verir ki, Araik Arutyunyanın hüquqlarını vəkil Alov Səfərəliyev müdafiə edəcək.
Alov Səfərəliyev sosial media hesabında yazıb ki, bu gün Araik dindirilib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq".
Vəkil qeyd edib ki, peşə borcunu vicdanla yerinə yetirəcək: "Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2023, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO