reklam
Regionxeberlericom.az » Siyasət » Ankarada ermənilərlə DÖRDTƏRƏFLİ GÖRÜŞ planlaşdırlır – Kimlər iştirak edəcək?

reklam

Ankarada ermənilərlə DÖRDTƏRƏFLİ GÖRÜŞ planlaşdırlır – Kimlər iştirak edəcək?


Ermənistan və Türkiyə sərhəd körpüsünü birgə təmir edəcək.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Ankarada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra belə qərara gəldiklərini bəyan edib.

Bundan başqa Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına hazır olduğunu və istədiyini deyib.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərin öyrəndik.

Məlumata görə, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Mirzoyanın bu səfəri qabaqcadan razılaşdırılmamış və zəlzələ ilə bağlı bir səfər idi:

“Ermənistan bu səfərlə Türkiyənin dərdinə şərik olduğunu göstərmək istədi. Amma əsl həqiqətdə ermənilərin öz maraqları vardı. Bildiyimiz kimi Türkiyə -Ermənistan sərhəddi 35 ildən sonra ilk dəfə olaraq humanitar məqsədlə açılmışdı.

Ermənistanda çalışır ki, açılmış sərhəd bundan sonra açıq qalsın. Təsadüfi deyil ki, Ararat Mirzoyan mətbuat konfransında dedi ki, bizim Ani körpüsünün birgə bərpası, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var.

Çavuşoğlu erməni həmkarının fikirlərinə müsbət yanaşdığını bildirib. Amma o bildirib ki, sərhədlərin açılması üçün ilk növbədə Ermənistan Azərbaycanla münasibətləri sahmana salmalı və bədnam “erməni soyqırımı” fikirlərindən əl çəkməlidir.

Di gəl ki, ermənilər özlərina daha ağıllı birlər. Zənn edirlər ki, açılmış sərhəddi əbədiyyən açıq saxlamaq olar. Təbii ki, bu xülyadır. Türkiyə-Ermənistan sərhəddinin açılması üçün hələ zaman yetişməyib”.

Qabil Hüseynli bir maraqlı məsələyə də toxunub:

“Son günlər belə bir fikir səslənir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamaq üçün Rusiya da daxil olmaqla Ankarada dördtərəfli görüş hazırlanır.

Əslində, bu ideyaya Rusiya da isti baxır. Çünki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində Qərbin iştirakını istəmir. Amma bir çox məsələlərdə ortaq dil tapdıqları Türkiyə ilə belə bir müqavilənin imzalanmasına Rusiya pis baxmır. Ona görə də ola bilsin ki, bağlı qapılar arxasında bu ideya da müzakirə edilib”.




Paylaş:


Müəllif : Tarix:
17-02-2023, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər