reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ və Aİ Azərbaycanı Laçın dəhlizini açmağa çağırdı - DİALOQLA HƏLL EDİN!

reklam

ABŞ və Aİ Azərbaycanı Laçın dəhlizini açmağa çağırdı - DİALOQLA HƏLL EDİN!

Azərbaycanın vətəndaş cəmiyyəti qurucularının Qarabağda yeraltı sərvətlərimizin qanunsuz istismarı və buna nəzarət edən dövlət qurumlarının oraya buraxılmamasına etiraz olaraq Laçın dəhlizini bağlaması ABŞ və Avropa İttifaqının narazılığına səbəb olub.

Regionxeberlericom.az-ın gununsesi.info-ya istinadən xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı tvit yazıb:

“Laçın dəhlizinin bağlanmasının kəskin humanitar nəticələri var və bu, sülh prosesini geriyə atır. Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkətin bərpasına çağırırıq. İrəliyə doğru yol danışıqlardan keçir”.



Prays bundan əvvəl demişdi ki, Vaşinqton hazırda diqqətini gərginliyin azaldılmasına yönəldib:

“Biz ardıcıl olaraq bu problemə, gərginliyin aradan qaldırlmasının zəruriliyinə, bu iki ölkənin möhkəm hərtərəfli tənzimləmə yoluna çıxarılmasına diqqət yetiririk. Biz burada Vaşinqtonda dövlət katibi səviyyəsində görüş təşkil etmişik. Biz habelə Nyu Yorkda BMT Baş Assambleyasının çərçivəsində görüş təşkil etmişik. Bundan başqa mümkün olanı etdiyimizdən əmin olmaq üçün, ən başlıcası bu iki ölkənin bu gərginliyin azaldılması üçün mümkün olanı etdiyindən əmin olmaq baş müşavirimiz Filip Riker iki tərəfin rəsmiləri ilə dialoq aparır”.

ABŞ-ın ardınca Avropa İttifaqı da Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq Laçın dəhlizi ilə hərəkətin sərbəstliyini və təhlükəsizliyini təmin etməyə çağırıb.

Aİ xarici siyasət xidmətinin mətbuat katibi Peter Stano deyib:

“Belə bir sərbəstliyin məhdudlaşdırılması yerli əhali üçün rahatsızlıq yaradır və humanitar narahatlığa səbəb olur”.

Stano qeyd edir ki, “başqa məsələlər tərəflər arasında dialoq və məsləhətləşmələrlə həll edilə bilər”.

O vurğulayıb ki, Avropa İttifaqı bu məsələdə tərəflərə dəstək verməyə hazırdır.

Stano özünün Twitter mikrobloqunda habelə Qarabağın qaz təchizatının kəsilməsi ilə bağlı Avropa İttifaqının narahatlığını qeyd edir.

Görünür, Azərbaycanı öz ərazisində hər hansı bir tədbir keçirməsinə qarşı çıxan Avropa İttifaqı və ABŞ Xankəndindəki Hava Limanının mövcudluğunu unudublar.





Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 10:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər