reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ-dan türk iş adamlarına daha bir xəbərdarlıq – Bu dəfə məktubla...

reklam

ABŞ-dan türk iş adamlarına daha bir xəbərdarlıq – Bu dəfə məktubla...

















ABŞ Maliyyə Nazirliyi Türkiyə şirkətlərinə sanksiyalara məruz qalan Rusiya şirkətləri və şəxslərlə işləməyin nəticələri barədə xəbərdarlıq edib. 

Rusiya və Türkiyə prezidentlərinin avqustun 5-də Soçidə Rusiya təbii qazının rublla ödənilməsi və Türkiyədə “Mir” ödəniş kartlarından istifadə məsələsinin müzakirə edilməsindən sonra ABŞ-ın Ankaraya təzyiqlər güclənib.

“The Wall Street Journal” xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası türk iş adamlarına sanksiyalar altında olan Rusiya şirkətlərilə əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib. Nəşrin məlumatına görə, avqustun 22-də maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyədəki Amerika Ticarət Palatasına müvafiq məktub göndərib.

Qəzetin məlumatına görə Adeyemonun oxşar bir məktubu Türk Sənayeçi və İş Adamları Dərnəyinə (TÜSİAD) göndərilib. Göndərlən məktubda qeyd olunub ki,  ABŞ siyahısında olan Rusiya şirkətlərinə maddi dəstək verən hər hansı bir şəxs və ya qurum ABŞ-ın sanksiyaları ilə qarşılaşa bilər.

Bildirilir ki, Vaşinqtondakı rəsmilər uzun müddətdir Türkiyənin sanksiyalar altında olan Rusiya aktivləri üçün təhlükəsiz sığınacaq halına gəldiyindən narahatlıqlarını ifadə ediblər. 

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı zamanı da bu barədə narahatlığını ifadə edib.

Soçidəki görüşdən dərhal sonra altı Qərb rəsmisi “Financial Times” qəzetinə bildirb ki, Vaşinqton və Brüssel Türkiyə və Rusiya liderlərinin ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirmək planları ilə bağlı bəyanatlarından narahatdırlar. Ankara Moskvaya sanksiyalardan yayınmağa kömək etsə, o, cavab tədbirləri ilə üzləşə bilər.

“The Wall Street Journal” yazır ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə NATO üzvüdür və nəticədə “oliqarxlar burada superyaxtalar saxlayır, gənc dissidentlər və texnoloji işçilər isə çamadanlarda pul daşır”. Türkiyə prezidenti bundan əlavə, özünü Rusiya və Ukrayna arasında münaqişədə vasitəçi kimi təqdim edir, iki ölkə liderlərini sülh danışıqlarının yeni raunduna başlamağa çağırır.


 

 


 




Paylaş:


Müəllif : Tarix:
23-08-2022, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər