Hulusi Akar ABŞ-ı PKK/YPG-yə dəstək verməkdə ittiham edib

“YPG bütün mənalarda PKK-nın özüdür. Müttəfiqlərimizə onların başçıları ilə görüşmələrinin, foto çəkdirmələrinin, onlara silah-sursat, hərbi texnika vermələrinin doğru olmadığını hər görüşdə çatdırırıq”.
Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar hökumətin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə keçirdiyi görüşdə terrorçu PKK-nın Suriya qolu YPG-yə yardım edilməsinin müttəfiqliyə uyğun gəlmədiyini deyib.
H. Akar Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zaman müzakirə edilə biləcək məsələlərdən də danışıb. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəklərini istisna etməyib.
Müdafiə naziri Türkiyə və Rusiya dövlət başçılarının Əfqanıstanla bağlı məsələni müzakirə edəcəklərini və orada Qətərdən olan mütəxəssislərlə birlikdə fəaliyyət göstərdiklərini söyləyib: “Biz Əfqanstanda uyğun bir həll yolunu axtarırıq. Əsas hədəfimiz insanlıq baxımından əfqan xalqının humanitar ehtiyaclarının doğru-düzgün şəkildə ödənilməsidir”. / report.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2021, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-09-2021, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT