Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

Bu gün Almaniyada bəzi mütəxəssislərin tarixi adlandırdıqları parlament seçkiləri keçiriləcək.
“Report” xəbər verir ki, seçkilər Avropa İttifaqının lokomotivi olan ölkənin qarşıdakı 4 illik siyasi kursunu, sosial-iqtisadi inkişafını müəyyən edəcək. Hazırkı kansler Angela Merkel bu dəfə öz namizədliyini irəli sürməyib və daha əvvəl Nazirlər Kabinetinin formalaşmasından sonra ümumiyyətlə siyasətdən gedəcəyini bildirib. Beləliklə, "dəmir xanım"ın 16 illik idarəçiliyindən sonra Almaniyanı “yeni era” gözləyir.
Sosioloji institutlar Almaniyanın Sosial Demokrat Partiyasının, Xristian Demokratik və Xristian Sosial İttifaqı mühafizəkar blokları arasında son dərəcə gərgin mübarizənin olacağını bildirirlər.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da -red.) açılacaq və saat 18:00-da (19:00) bağlanacaq. Məntəqələrin bağlanmasından dərhal sonra ARD və SDF telekanalları “exit poll”un ilk nəticələrini yayacaq. İlkin rəsmi nəticələr, gözlənildiyi kimi, bazar ertəsi gecə, yekun nəticələr isə sonrakı günlərdə elan ediləcək.
Almaniyada səsvermə həmçinin poçtla da mümkündür və avqustun 16-da başlayıb.
Bugünkü parlament seçkilərində Almaniyanın yenidən birləşdirilməsindən ən çox sayda partiya iştirak edir. Federal seçki komissiyasının məlumatına görə, 47 siyasi birlik öz namizədlərini irəli sürüblər.
Ölkənin təxminən 60,4 milyon sakini səsvermə hüququna malikdir. Almaniyada majoritar və proporsional seçki sistemindən istifadə olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-09-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT