Talibanın Əfqanıstanı necə idarə edəcəyi məlum oldu – Yeni idarəetmə sistemi yaradılır

Taliban Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət bir məclis qurmaq niyyətindədir.
Bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadən məlumat yayıb. Taliban 12 nəfərlik idarə heyətinə ölkənin əvvəlki hökumət üzvlərindən bəzilərini cəlb etmək niyyətindədir.
Məlumata görə, məclisdəki ən nüfuzlu üç şəxs Taliban siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu, Taliban hərbi komissiyasının rəhbəri Molla Məhəmməd Yakub və səhra komandiri, eləcə də “Haqqani” diversiya qrupunun rəhbəri Siracuddin Haqqanidir.
Qəzetin iddiasına inansaq Taliban Əfqanıstanda nə prezident, nə də başqa bir vəzifə bərpa etməyəcək. Ancaq onlar ABŞ-ın da dəstəklədiyi keçmiş hökumət üzvlərindən bəzilərini nazir postlarına gətirmək niyyətindədirlər. Taliban bununla beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq şansını artırmaq istəyir və mümkün qədər əhatəli bir hökumət yaratmaq fikrindədir.
Taliban həmçinin məşhur səhra komandiri, şimal alyansının rəhbəri olmuş Əhməd şah Məsudun oğlu Əhməd Məsudu da hakim şurada görmək istəyir. Lakin qəzetin yazdığına görə bu çətin bir məsələdir. Çünki hazırda Əhməd Məsud Pəncşirdəki qüvvələrə rəhbərlik edir və Talibana müqavimət göstərir.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO