Müharibə, yoxsa rəqabət: ABŞ-Çin münasibətlərindən nə gözləmək olar?

“Təhlükəsizliyimizə və demokratiyamıza qarşı etdiyi təhdidlərlə bağlı ən böyük rəqibimiz Çinlə birbaşa məşğul olacağam. Ancaq Amerika maraqlarına uyğun olacağı halda, Pekinlə işləməyə də hazırıq”. Bu fikirləri ABŞ prezidenti Co Bayden ölkənin xarici siyasəti üzrə Dövlət Departamentindəki nitqində bildirib.
Uzun müddətdir ki, ABŞ və Çin arasındakı iqtisadi, siyasi rəqabət dünya gündəmindən düşmür. İki qlobal gücün rəqabəti dünya iqtisadiyyatına da mənfi təsir göstərib. ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsi, paralel olaraq Çinin də oxşar addımlar atması ilə nəticələnib. Bütün bunlar isə ümumilikdə dünyada iqtisadi çalxalanmalara səbəb olub. Gərginliyin həm ABŞ, həm də Çin üçün yaratdığı çətinliklər tərəfləri uzlaşmağa məcbur etdi. Bundan sonra Trampın hakimiyyəti dövründə ABŞ və Çin arasında mərhələlərlə reallaşdırılacaq ticarət sazişi imzalandı. Qeyd edək ki, hazırkı prezident Co Bayden hələ prezidentliyə namizəd olduğu dövrdə Çin ilə ticarət sazişinin çökdüyünü açıqlamışdı. O bildirmişdi ki, Trampın ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnib və iflasa uğrayıb.
Bəs görəsən, prezidentlik fəaliyyətinə başlamış Bayden və onun administrasiyası Çinlə münasibətlərdə hansı xətti tutacaq?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, Baydenin Çinlə münasibətlərdə tutacağı müvqe ilə bağlı müxtəlif yanaşmalar var: “Xatırlamaq lazımdır ki, ABŞ-ın Çinlə münasibətlərindəki sərtləşmə Obama hakimiyyəti zamanı başlamışdı. Bu sərt münasibətlərin tək səbəbi iqtisadi deyildi, eyni zamanda ABŞ-ın hərbi-siyasi müstəvidə atdığı addımlar gərginliyi artırırdı. Qeyd etməliyik ki, Çinin dəniz akvatoriyasında güclənməyə çalışması da gərginliyi artıran səbəblərdəndir. Çin bu fəallaşma ilə həmin regiondakı bütün ölkələrlə ərazi münaqişələri yaradıb. ABŞ regionda yaranmış situasiyadan istifadə edərək arbitraj rolunu oynamağa çalışır”.
Professor deyir ki, demokratlar ənənələrinə uyğun olaraq Bayden dönəmində demokratiya, insan haqları ilə gündəm yaradırlar: “Xüsusən də Çində uyğurlara qarşı baş verən problemlərlə bağlı məsələlər həm dünya mətbuatında, həm də ABŞ daxilində tez-tez gündəmə gəlir. Düşünürəm ki, biz bundan sonra ABŞ-Çin münasibətlərinin ritorikasında dəyişikliklərin şahidi olacağıq. Demokratlar hakimiyyətdə olduqca ABŞ xarici siyasətini yenidən şəkilləndirməyə çalışacaqlar. ABŞ regiondakı təsir gücünü qorumaq üçün müttəfiqləri olan Cənubi Koreyaya, Yaponiyaya, eyni zamanda Tayvana xüsusi dəstək verməyə çalışacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2021, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-02-2021, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12
2-09-2025, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə