Həmsədrlər yenə gəlir - Xankəndiyə gedəcəklərsə...

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə gəlir. Bu səfərdə əsas məqsəd Qarabağın statusunu müzakirə etmək və ermənilərə müstəqillik məsələsini gündəliyə çıxarmaqdan ibarətdir. Azərbaycan demək olar ki, prosesləri öz leyhine dəyişib və Minsk qrupunun fəaliyyətinə ehtiyac görməməlidir. Bu məsələ Bakı-Ankara və Moskva formatında davam edir. Qarabağdakı, Rusiyanın sülhməramli qüvvələrinin təsir zonasında proseslər həmsədrlərlə deyil, Rusiya ilə müzakirə edilməlidir. Ümumiyyətlə artıq heç bir həll variantları yoxdur və buna da ehtiyac qalmayıb. Müharibəyə qədər "Madrid prinsipləri" işğal olunmuş rayonların boşaldılması qarşılığında Qarabağa müəyən status verilməsi idi. Azərbaycan bu məsələni özü həll edib. Ermənistan rəhbərliyi və həmsədrlər yenidən "Madrid prinsiplərinə" qayıtmaq üçün çalışır".
Bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun fikrincə, həmsədrlərin səfərinin əsas məqsədi status məsələsini qabartmaqdır:
Ümiyyətlə Minsk qrupu gəlib nəyi həll etməlidir?! Həmsədrlər gəlib ermənilərə deyəcək ki, Azərbaycanın tərkibinə qatılın və dinc yaşayın?! Qəti surətdə belə bir təklif onlara olunmayacaq. Azərbaycana gəlib deyəcəklər ki, ordakı ermənilərə status verin. Basqa alternativləri yoxdur. Onsuzda Azərbaycan ermənilərə öz ərazisində daima status verməyə hazır olub. Amma, həmsədrlər belə bir status deyil, münaqişənin davam etməsi, ermənilərin Azərbaycana qarşı körüklənməsinə rəvac verməyə gəlirlər.
Regionda ABŞ və Fransa Qarabağ məsələsini yenidən gündəliyə çıxarmaqla, prosesdən kənarda qalmamaq siyasətini ortaya qoyurlar. Rusiyada həmsədrlərin regiona gəlib, status məsələsini qaldırmaqlarında maraqlıdır. Ona görə də 50 mindən artıq ermənini Qarabağda yerləşdirməklə, məhz gələcək perspektivdə referenduma hazırlaşır. Həmsədrlər məhz danışıqlar aparmaqla siyasi zəmin hazırlamaq planına malikdir".
M.Əsədullazadə bildirib ki, həmsədrlər Xankəndiyə gedəcəklərsə, bu separtizmə dəstək kimi qiymətləndirilməlidir:
"Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan arasında gələcək perspektivdə yeni münaqişəyə yol açmaq, sülh və təhlükəsizliyi təhdid etməkdir. Ona görə də birtərəfli şəkildə bu formatdan çıxmaq lazımdır. Qeyd edim ki, həmsədrlər Xankəndiyə gedəcəklərsə, burada separtizmə dəstək kimi qiymətləndirilməlidir. İlk növbədə Xankəndiyə səfəri Ermənistan tərəfdən Laçın dəhlizindən edəcəklərsə, bu münaqişənin davam etdiyi mesajını verməkdir. İqtidar həmsədrlərin Ermənistan ərazisindən Azərbaycan ərazisinə belə səfərini qanunsuz elan etməlidir".
"ABŞ və Fransa çalışır ki, Türkiyəni prosesdən kənarlaşdırsın. Azərbaycana qarşı bundan sonra da siyasi təzyiqlərin olacağı gözlənilir. Amma, bu siyasi təzyiqlər nəticə verməyəcək. Birmənalı şəkildə bu proses Azərbaycanın suverenliyinə təhdiddir. Ona görə də Laçın Dəhlizində nə qədər ki, nəzarətimiz yoxdursa, bu problemler davam edəcək. Buna son vermək üçün Türkiyə ilə birgə çalışmaq, ABŞ və Fransaya artıq bu məsələ Azərbaycanın daxili işidir mesajını vermək lazımdır", - deyə politoloq xüsusi vurğulayıb..
Paylaş:
Müəllif : Fuad
Tarix:29-01-2021, 21:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-01-2021, 21:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12
2-09-2025, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə