Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur - “Azərbaycan ordusu 2-2,5 km-likdədir...”

Xəbər verildiyi kimi, bu gün- noyabrın 25-dən Kəlbəcər rayonu erməni işğalçı qüvvələri tərəfindən tamamilə boşaldılaraq Azərbaycana təhvil verildiyi üçün həmin rayondan qəsbkar Ermənistan ərazisinə keçən yollar bağlanır.
Rusiya mediasına açıqlama verən ermənilər Rusiya sülhməramlılarının da nəzarət etməsinə rəğmən İrəvandan Qarabağa gələn hazırda yeganə Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla gəlib-getməyə ehtiyat etdiklərini bildiriblər.
Laçında rus dili müəllimi işləmiş Armen Movsesyan deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şəhərin hər iki tərəfində cəmi 2-2,5 kilometr məsafədədir. Demarkasiya (ayrılma) xəttində rus sülhməramlılarının olmasına baxmayaraq Movsesyan qorxduqlarını bildirir.
"İndi Laçın şəhərində 200-dən az erməni qalıb, əksəriyyəti kişilərdir. Müharibədən əvvəl burada, ən azı, 2 min erməni yaşayırdı. Bu gün orada yaşamaq qeyri-realdır, hər zaman qorxu içində yaşamaq qeyri-realdır. Və bir çoxları belə düşünür"- Laçında on illərlə qeyri-qanuni məskunlaşmış erməni belə deyir.
“CivilNet” nəşrinin jurnalisti Lika Zaxaryan Xankəndinə Kəlbəcər vasitəsilə qayıdıb.
"Hələ Laçın yolu ilə getməmişəm, çünki həmin yolla getməkdən qorxuram. Kəlbəcər yolu bağlanandan sonra yalnız bu yola sahib olacağıq. Ancaq heç kim 100% təhlükəsizliyə zəmanət verə bilməz. İstənilən vaxt, gecə-gündüz bir təxribat gözləmək olar, xüsusən də nəzarət postları arasındakı yolda. Daimi qorxu içində yaşamağa məhkumuq. Biz Xankəndində belə, özümüzü təhlükəsiz hiss etmirik..."-deyə erməni jurnalist vurğulayıb. / Moderator.az
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC