“Atatürkün partiyasını oğruların ixtiyarına veriblər” - Ərdoğan

“İndiki idarəçilik dövründə CHP seçicilərinin tələblərini parlamentə daşıyan bir partiyadan çox, gözlərini pul bürüyən bələdiyyə soyğunçusunun əməllərini təmizə çıxaran aparata çevrilib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib:
“Əvvəla, Suriyada köhnə rejimin qalıqlarının törətdiyi hadisələri bəhanə edərək ölkəmizdə məzhəb ixtilafını qızışdırmaq istəyirdilər. Allaha şükür, bir-birimizlə daha da sıx birləşməklə bu oyunu pozduq.
Millətimiz son 14 ildə olduğu kimi CHP-nin Suriyadan ölkəmizə silah gətirmək planına da uymadı, təxribatlara qapılmadı. Bu işdə uğursuzluğa düçar olanda bu dəfə bu korrupsiya əməliyyatı ilə millətimizi qızışdırmağa çalışdılar.
Dörd gündür ki, millətimizin dincliyini pozmaq, xalqımızı qütbləşdirmək üçün əllərindən gələni edirlər. Qarşılaşdıqları hər kəsi təhqir etməkdən tutmuş, sadəcə öz işlərini görən polislərimizə hücum etməkdən, korrupsiya xəbərlərini araşdıran ədliyyə işçilərini qorxutmağa, milli iradəni küçə terroru ilə boğmağa qədər hər şey var.
Nəhayət, bu gün mətbuata, yayım təşkilatlarına açıq hədə-qorxu gələrək özlərini ifşa etdilər. Onlar hətta televiziya kanallarının, media qruplarının adlarını verib, medianı hədələyiblər ki, “hamınızı izləyirik”.
Ancaq onların bir özəlliyi var. Hər sözə başlayanda Atatürkün qurduğu partiya olmaqla öyünənlər sırf böyüklərinə borclarını ödəmək üçün Atatürkün partiyasını oğruların ixtiyarına veriblər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-03-2025, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto