reklam
Regionxeberlericom.az » Sosial » Bu yerlərdə də parkinq qiymətləri qalxır - Cədvəl

reklam

Bu yerlərdə də parkinq qiymətləri qalxır - Cədvəl

 

Gələn aydan “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda aylıq parkinq qiymətləri qalxacaq. 

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər müəyyən edilib.

Bildirilib ki, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib. 

Məlumatda sözügedən tariflərin aprel ayının 1-dən qüvvəyə minəcəyi qeyd olunub. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də sorğu ünvanlamışıq. 

Yayılan qiymət cədvəllərini təqdim edirik:






Paylaş:


Müəllif : Tarix:
27-03-2024, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər