Əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyənlərin sayından 5,3% çoxdur – Rəsmi
Bu il fevral ayının 1-nə olan məlumata görə Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər olub.
Muzdlu işçilərin 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, son bir ildə muzdla çalışan işçilərin sayı 13 min nəfər və ya 0,7% artıb. Dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 600 nəfər və ya 0,06%, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı isə 12,4 min nəfər və ya 1,5% artıb.
Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, 2024-cü ilin fevral ayının 1-nə ölkədə 1 milyon 816 min 8 əmək müqaviləsi olub.
Açıqlanan rəqəmlərdən də görünüdyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 90,9 min ədəd və ya 5,3% çoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2024, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb