10 il 6 ay həbs tələbindən bəraət almışdı - Prokuror narazıdır

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham edilən 56 yaşlı İlqar Məmmədova bəraət verilməsi ilə bağlı hökmdən ptotest verilib.
Məlumata görə, bəraət almış Məmmədovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İttihamda göstərilir ki, İ.Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsilə əldə etdiyi külli miqdarda narkotik vasitənin satışını həyata keçirib. Məmmədov 2022-ci ilin oktyabrında Nərimanov rayonu ərazidində Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
İ.Məmmədovun hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edib. Yusifov məhkəmədə müvəkkilinin təqsirsiz olduğunu göstərən əsaslarla çıxış edib, kifayət qədər dəlil və sübutlar təqdim edib.
Məhkəmə istintaqının sonunda prokuror İ.Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin təyin ediləcək cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi təklif edib.
İ.Məmmədov son sözündə günahsız olduğunu deyərək bəraətini istəyib. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, müttəhim Məmmədovun təqsirliliyini təsdiq edən kifayət qədər sübut yoxdur.
Hökmə əsasən, İ.Məmmədova bəraət verilib. O, 1 il 3 ay sonra azadlığa buraxılıb. Bundan əlavə ibtidai istintaqdakı pozuntularla bağlı bağlı xüsusi qərar çıxarılıb.
Prokuror isə məhkəmənin mövqeyi ilə razılaşmır. Hazırda hökmdən apellyasiya protesti verilib. İttiham tərəfi hesab edir ki, iş üzrə bütün faktiki hallar araşdırılmayıb. Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş protestdə bəraət hökmünün ləğv edilməsi, İ.Məmmədova ittiham edildiyi maddələrin sanksiya həddində cəza təyin edilməsini xahiş edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2024, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb