reklam
Regionxeberlericom.az » Sosial » Göyçayda sahibkara qarşı qanunsuzluq edilir-ŞİKAYƏT (VİDEO)

reklam

Göyçayda sahibkara qarşı qanunsuzluq edilir-ŞİKAYƏT (VİDEO)









RegionXəbərləricom.az-ın elektron poçtuna Göyçay şəhər sakini Kərimova Tamilla Ramiz qızı tərəfindən daxil olan video şikayətdə deyilir.

Mən 1958-ci il təvəllüdlü Kərimova Tamilla Ramiz qızı uzun illərdir ki, kiçik sahibkarlıqla fəaliyyəti ilə məşğulam. Göyçay şəhəri avtovağzal yaxınlığında aptek işlədirəm. Obyektin bütün lazımi sənədləri var. Elektrik enerjisinin sərfiyyatı köhnə tipli elektrik sayğacı ilə hesablandığı müddətcə hər şey qaydasında idi. Lakin,  "Azərişıq" ASC-nin əməkdaşı indiksion sayğacı söküb apararaq əvəzinə smart tipli sayğac gətirdilər. Həmin smart tipli sayğac isə 5 kvt gücündədir. Bu da dərmanların və tibbi ləvazimatların keyfiyyətli və etibarlı saxlanılması üçün zəruri olan elektrik avadanlıqlarının istifadəsində çətinlik yaradır. Məsələ ilə bağlı Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevin qəbuluna getdim. Mənə bəhanə etdilər ki, Ziya müəllim hazırda idarədə deyil. Halbuki o, içəridə idi və avtomobilini də həyətdə saxlamışdı. Çarəsiz qalıb poçt vasitəsilə burdan-bura məni qəbul etməsi üçün ona rəsmi müraciət etdim. Nəhayət Ziya Quliyevin qəbuluna düşməyi bacardım. Ancaq o, mənə köməklik göstərmədi. Yuxarı instansiyalara müraciət edəcəyimi bildirdikdə, taxtında əyləşmiş "şah" kimi, özündən razı şəkildə "Get kimə şikayət edirsən, et. Mən heç kimdən qorxmuram" - dedi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim kobud danışmağa başladı. Hansıki dövlət məmuru vətəndaşlara xidmət etmək üçün vəzifəyə təyin olunur. 

 Beləliklə 09 fevral 2024-cü il tarixdə Energetika Naziri Pərviz Şahbazovun Ağdaş rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdim. Ona öz narazılığımı bildirdim. Nazir Pərviz Şahbazov tezliklə problemin həll ediləcəyini dedi. Ancaq hələ də maraqlanan yoxdur. "Azərişıq" ASC aptekdə quraşdırılan elektrik avadanlıqlarını nəzərə alıb ən azı 10 kvt və ya ondan daha gücdə sayğac quraşdırmalıdır. Bir sözlə, "Azərişıq" ASC və xüsusən də Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyev sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qarşı sayğısızlıq göstərir. 

  Mən mətbuat vasitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və aidiyyəti qurumlardan çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı şikayət obyektiv araşdırılaraq mənə köməklik göstərilsin, Ziya Quliyevin özbaşınalıqları haqqında isə ciddi tədbirlər görülsün.





Paylaş:


Müəllif : Tarix:
28-02-2024, 10:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər