reklam
Regionxeberlericom.az » Sosial » Evsizlər və kimsəsizlər soyuq havada harada gecələyir?

reklam

Evsizlər və kimsəsizlər soyuq havada harada gecələyir?
















Qış fəsli, qarlı-şaxtalı hava ən çox yardıma ehtiyacı olan evsiz-eşiksiz şəxslərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, bu barədə quruma hər hansı müraciət daxil olmayıb.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.

Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir. Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir.

2023-cü ildə Agentlik tərəfindən bu kateqoriyadan olan 89 şəxs müvafiq xidmətlərə cəlb edilib", - deyə agentlikdən bildirilib.

Daha sonra qeyd olunub: "Hava şəraiti ilə əlaqədar müraciətlərdə artım müşahidə edilməyib. Hazırda Müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində 51 nəfərə xidmət göstərilir.

Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Sığınacağa qəbul edilənlərin hər birinin vəziyyəti nəzarətdə saxlanılır, onlarla fərdi iş aparılır, daha sonra isə həmin şəxslər cəmiyyətə reinteqrasiya edilirlər”.




Paylaş:


Müəllif : Tarix:
16-01-2024, 11:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər