reklam
Regionxeberlericom.az » Sosial » Direktorun "TikTok" paylaşımına REAKSİYA - "Nazirlik bu addımı atmalıdır"

reklam

Direktorun "TikTok" paylaşımına REAKSİYA - "Nazirlik bu addımı atmalıdır"


“Elm və Təhsil Nazirliyi müəllim davranışı ilə bağlı kodekslər müəyyənləşdirməlidir”.


Son günlər əksər məktəb direktorlarının “TikTok” platformasında aktivliyi müzakirə obyektinə çevrilib. Əksər vətəndaşlar hesab edirlər ki, məktəb direktorlarının sözügedən platformada olması yaxşı örnək deyil və həmin şəxslər öz vəzifə məsuliyyətini dərk etməyiblər.


Məlumatına görə, mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən məktəb direktorlarının sosial şəbəkələrdəki arzuolunmaz görüntüləri uşaqların tərbiyəsinin pozulması ilə yanaşı, ümumilikdə cəmiyyətdə müəllim adının nüfuzdan düşməsinə yol açır:


“Son vaxtlar bəzi müəllimlərin öz hərəkətləri ilə bu şərəfli ada xələl gətirməsi təəssüf doğurur. Bu, cəmiyyətimizə çox pis nümunədir. Bu vəziyyətin qarşısını almaq üçün ictimai qınaq olmalı, Elm və Təhsil Nazirliyi ciddi tədbirlər görməlidir. Müəllim sosial şəbəkə istifadəçisi ola bilər, amma maarrifləndirici məlumatlarla fayda verməlidir. Bu gün bəzi müəllimlər və məktəb direktorları sosial şəbəkələrdə nalayiq və gülünc hərəkətlərə yol verərək tanınmağa çalışır. Bu cür məşhurlaşmaq heç də arzuolunan deyil. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi müəllim davranışı ilə bağlı kodekslər müəyyənləşdirsin və bu davranışlara riayət etməyən müəllimlər isə cəzalandırılsın.




Paylaş:


Müəllif : Tarix:
17-01-2023, 16:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər